BAKI, 24 sentyabr. TELEQRAF
Qəzza zolağında qan tökülməsinə son qoyulmadan və Fələstin münaqişəsi həll olunmadan Yaxın Şərqdə sülh mümkün deyil.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, İsrail bölgədəki təcavüzkar hərəkətlərini davam etdirir və beynəlxalq ictimaiyyətin Qəzzaya sülh gətirmək səylərini sarsıdır: "ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya İsrailə Qəzza sülh planına əməl etməyə borclu olduğunu açıq şəkildə bildirməlidir. Müharibənin yenidən başlamasının qarşısını alacaq, Qəzzanın yenidən qurulmasını sürətləndirəcək və fələstinlilərin siyasi gələcəyini təmin edəcək mexanizmlər yaradılmalıdır".