BAKI, 24 sentyabr. TELEQRAF

Nyu-York polisi İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında iştirakına qarşı çıxan etirazçıları saxlayıb.

Teleqraf xəbər verir ki, etiraz aksiyası İsrail baş nazirinin çıxışından əvvəl Manhettendəki qlobal təşkilatın qərargahının yaxınlığında keçirilir. Çıxışın yaxın bir saat ərzində baş tutması gözlənilir.

39-cu küçənin yaxınlığındakı Birinci prospektdə toplaşan onlarla etirazçı nəqliyyatın hərəkətini qismən bağlayıb. Velosiped dəstələri də daxil olmaqla çoxsaylı polis əməkdaşları etirazçıları mühasirəyə aldılar, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları bir-bir polis avtobusuna qədər müşayiət etməyə başladılar.

Etirazçılar "Fələstin azadlığı!" şüarları səsləndiriblər. Onlar Netanyahunun Baş Assambleyada iştirakına etiraz ediblər. Bir çoxları üzərində "Müharibə yox, Fələstinə azadlıq" və "Bomba yox, insanlara maliyyə yardımı" şüarları yazılmış eyni ağ köynəklər geyiniblər.