BAKI, 24 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında Ağ Evdə keçirilən danışıqlar başa çatıb.
Teleqraf xəbər verir ki, liderlər danışıqlardan sonra Ağ Evin Cənub Çəmənliyinə çıxıblar.
"Əla görüş keçirdik!" deyə Tramp jurnalistlərin müxtəlif mövzularla bağlı çoxsaylı suallarını cavablandırarkən bildirib.
“Əla görüş keçirdik və o (Si Cinpin – red) qranitə böyük maraq göstərdi. O, qraniti sevir. O, daş üzrə mütəxəssisdir. Və keyfiyyətli qraniti sevir. Çox sağ olun”, - deyə ABŞ prezidenti Ağ Evə qayıtmazdan əvvəl bildirib.