BAKI, 24 sentyabr. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, ordu generalı Oleq Salyukov jurnalistlərə bildirib ki, Rusiyanın Ermənistan hakimiyyətinin hazırkı kursu ilə bağlı heç bir illüziyası yoxdur.
Teleqraf xəbər verir ki, O.Salyukova görə, Rusiya artıq imzalanmış sənədlərin və götürülmüş öhdəliklərin təhlilinə əsaslanır: "2025-ci ildə imzalanmış Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında "Ermənistanın Avro-Atlantik institutlarına inteqrasiyanın dərinləşdirilməsi ortaq prioritetdir. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş islahat proqramlarını planlaşdırırlar".