BAKI, 9 sentyabr. TELEQRAF

Avropa ölkələri süni intellekt (Sİ) sahəsində inkişaf etmir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Texasdakı Cənubi Metodist Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

Avropada süni intellekt sahəsində nələrin baş verdiyi barədə suala Bessent qısa şəkildə “Heç nə” cavabını verib.

ABŞ maliyyə nazirinin sözlərinə görə, süni intellekt sahəsində əsas məsələ hesablama gücləridir.

“2025-ci ildə dünya üzrə hesablama güclərinin 50 faizi ABŞ-nin payına düşürdü. 2028-ci ilə qədər bu göstərici 80 faizə çatacaq”, - Bessent bildirib.

Onun proqnozuna görə, 2028-ci ildə qlobal hesablama güclərinin 15 faizi Çinin, qalan 5 faizi isə dünyanın digər ölkələrinin payına düşəcək.