BAKI, 9 sentyabr. TELEQRAF
İordaniyanın hava hücumundan müdafiə sistemləri İran ərazisindən ölkəyə doğru buraxılan 20 ballistik raketdən 18-ni məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi məlumat verib. Məlumatı ölkənin rəsmi “Petra” agentliyi də yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri raketləri havada aşkarlayaraq zərərsizləşdirib. Digər iki raket isə yaşayış olmayan ərazilərə düşüb.
Hücum nəticəsində ölən və yaralanan olmayıb. Raket qalıqlarının düşdüyü ərazilərə mütəxəssislər göndərilib.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İran gəmilərinə hücumlarına cavab olaraq İordaniyadakı ABŞ qüvvələrinin istifadə etdiyi Əl-Əzraq yaxınlığındakı hərbi bazanı raketlərlə hədəfə aldığını açıqlamışdı.