BAKI, 11 avqust. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio məhkum edilmiş amerikalı Robert Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür edib.

Teleqraf xəbər verir ki, Rubio X-də yazıb: "Bu gün Rusiyada dörd ildən çox həbsdə qaldıqdan sonra Robert Gilman ailəsi ilə yenidən görüşmək üçün evə qayıdır. Rusiyaya Donald Trampın xüsusi elçisi Stiv Uitkofla Gilmanın azad edilməsində əməkdaşlığına və ABŞ-də lazımi tibbi müalicə almasına icazə verdiyinə görə təşəkkür edirik".

O əlavə edib ki, Vaşinqton administrasiyası xaricdə haqsız yerə həbs edilmiş bütün amerikalıların, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etdiyinə görə Rusiyada məhkum edilmiş ABŞ vətəndaşı Stiven Habbardın azadlığa buraxılmasını təmin etməyə davam edəcək.