BAKI, 11 avqust. TELEQRAF

Avqustun 11-də günorta saatlarında Rusiya Odessa bölgəsinə yanacaq daşıyan yük maşınını vurub. Nticədə iki nəfər həlak olub, üç nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Odessa Regional İnzibati Təşkilatının rəhbəri Oleq Kiperin Telegramda məlumat yayıb.