BAKI, 12 avqust. TELEQRAF

Avqustun 11-də Azərbaycan vətəndaşı olan 37 nəfər Almaniyadan geri qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində olub.