BAKI, 7 avqust. TELEQRAF
Özbəkistanın xarici işlər naziri Baxtiyar Saidov ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Samir Pol Kapur ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan XİN rəhbəri sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı Özbəkistan ilə ABŞ arasında strateji tərəfdaşlığın son illərdə keyfiyyətcə yeni səviyyəyə çatdığı məmnunluqla qeyd olunub.
Vurğulanıb ki, iki ölkə liderləri arasındakı sıx dialoq ikitərəfli əməkdaşlığa yeni dinamika verməkdə davam edir.
Danışıqlar zamanı ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi yolları, müxtəlif səviyyələrdə planlaşdırılan görüşlərə hazırlıq məsələləri, həmçinin "C5+1" formatı çərçivəsində əməkdaşlıq, mühüm regional və beynəlxalq mövzular ətraflı müzakirə edilib.