BAKI, 7 avqust. TELEQRAF
Yəmənin "Ənsar Allah" (husi) hərəkatının Səudiyyə Ərəbistanının Nəcran şəhərinə endirdiyi zərbələr nəticəsində 11 mülki şəxs yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ərəb koalisiyasının rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, yaralananlar arasında yeddi Səudiyyə Ərəbistanı vətəndaşı, o cümlədən bir qadın və ikinci dərəcəli yanıq xəsarətləri alan dörd yaşlı uşaq da var.
Bundan başqa, hücum nəticəsində Yəmən vətəndaşı, eləcə də ölkədə yaşayan iki Misir vətəndaşı və bir Pakistan vətəndaşı da xəsarət alıb.
Türki əl-Maliki bildirib ki, husilər mülki obyektləri hədəfə alıblar və bununla beynəlxalq humanitar hüququ pozublar.