BAKI, 7 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli raketlər və Patriot hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların tədarükü məsələsinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, Tramp Ağ evdə jurnalistlərə açıqlamasında ABŞ-nin də bu silahlara ehtiyacı olduğunu deyib.

"Bizim də onlara ehtiyacımız var. Bilirsiniz, Co Bayden ona (Ukrayna Prezidenti Volodimir Zelenskiyə – red.) 300 milyard dollar dəyərində silah verib", - deyə Tramp bildirib.

ABŞ Prezidenti sələfi Co Baydeni Ukraynaya böyük həcmdə silah göndərməkdə tənqid edib.

"O, Ukraynaya çox böyük həcmdə silah verdi. Həm də bunlar tamamilə pulsuz təqdim olunurdu", - deyə Tramp əlavə edib.