BAKI, 7 avqust. TELEQRAF

Avrasiya İqtisadi Komissiyası (AİK) Şurasının qərarı ilə Ermənistan 5000 elektrikli nəqliyyat vasitəsinin idxalı üçün əlavə rüsumsuz kvota alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan "Facebook"da yazıb.

"AİK Şurasının qərarı ilə Ermənistan 2026-cı il üçün 5000 elektrikli nəqliyyat vasitəsi üçün əlavə kvota alıb və onları sıfır idxal gömrük rüsumu dərəcəsi ilə idxal ediləcək. Əlavə 5000 ədədin paylanma proseduru və digər detallar barədə məlumat tezliklə dərc olunacaq", - deyə o bildirib.

Bu güzəşt kvotası Ermənistan, Belarus və Qırğızıstan şamil edilib.