BAKI, 2 avqust. TELEQRAF

Slovakiyanın mərkəzi hissəsində baş verən yüngülmühərrikli təyyarə qəzası nəticəsində üç nəfər, o cümlədən azyaşlı uşaq həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Slovakiya polisi məlumat yayıb.

Məlumata görə, hadisə günorta saatlarında Oçova yaşayış məntəqəsində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, qəza nəticəsində 48 yaşlı pilot, 38 yaşlı kişi və azyaşlı uşaq həlak olub.

Hazırda təyyarə qəzasının səbəbləri və başvermə şəraiti araşdırılır.