BAKI, 2 avqust. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında həyata keçirdiyi əməliyyat zamanı üç müxtəlif silahlı qruplaşmanın üzvünü zərərsizləşdirdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağının şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın "Cəbəliyyə" batalyonunun komandiri Əhməd Xudar öldürülüb.

Ordu həmçinin Qəzza şəhəri ərazisində həyata keçirilən əməliyyat zamanı "İslam Ordusu" qruplaşmasının üzvü İmad Xamis Taramın və "Fələstin İslam Cihadı" hərəkatının üzvü Həsən İbrahim Şehadə Kahmanın da zərərsizləşdirildiyini açıqlayıb.

SAXAL-ın məlumatına görə, həmin şəxslər İsrail hərbçilərinə və mülki vətəndaşlara qarşı hücumlar hazırlayırdılar və təhlükənin qarşısını almaq məqsədilə hədəfə alınıblar.