BAKI, 2 avqust. TELEQRAF

İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın növbəti medalını qazanıb.

Teleqraf xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi finalda İran təmsilçisi Benyamin Mayvana 1:5 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.

Bununla da Azərbaycan millisi ev sahibliyi etdiyi dünya çempionatını ümumilikdə 7 medalla başa vurub.

Daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala layiq görülüblər.