BAKI, 2 avqust. TELEQRAF

ABŞ və Ukrayna Kiyevə "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsal texnologiyalarının verilməsi imkanını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Törner CBS telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, tərəflər Ukraynanın "Patriot" texnologiyalarına daha geniş çıxış əldə etməsi, bu sistemlərin istehsalını təşkil etməsi və müdafiə sənayesi sahəsində imkanlarını genişləndirməsi məsələsini müzakirə edirlər.

"Patriot" texnologiyalarına çıxışın təmin olunması ilə bağlı danışıqların davam etdiyini bildirən konqresmen qeyd edib ki, bu məsələnin həlli çox çətindir.