BAKI, 31 iyul. TELEQRAF
İspaniyanın Afrikanın şimal sahillərində yerləşən muxtar şəhəri Seutaya üzərək çatmağa çalışan azı 18 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.
Yerli medianın məlumatına görə, son bir həftə ərzində Mərakeşdən 1 500-dən çox miqrant üzərək Seutaya çatıb. Digər miqrantların isə məsafəni piyada qət etdiyi bildirilir. Muxtar şəhərə gələnlərin dəqiq sayı hələ açıqlanmayıb.
Yaranmış vəziyyət fonunda İspaniya hakimiyyəti Seutada təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçiləri də prosesə cəlb etmək qərarına gəlib.
İyulun 31-də İspaniyanın Baş naziri Pedro Sançes və daxili işlər naziri Fernando Qrande-Marlaskanın Seutaya səfəri nəzərdə tutulur.