BAKI, 31 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Kiyevə hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü ilə bağlı konkret öhdəlik ala bilməyib.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəkı səfiri Olqa Stefanişina bildirib.

“ABŞ-də sursatların ümumi çatışmazlığı səbəbindən konkret öhdəlik götürülməyib”, – diplomat deyib.

Qeyd edək ki, Zelenski Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi genişmiqyaslı zərbələrdən sonra Qərb ölkələrini hava hücumundan müdafiə vasitələrinin tədarükünü sürətləndirməyə çağırıb.