BAKI, 31 iyul. TELEQRAF

Ermənistandan tədarükün dəyişdirilməsi Rusiya üçün çətinlik yaratmayacaq.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Rusiyanın xarici ticarət dövriyyəsindəki payı 0,9%-i keçmir. Digər AİB ölkələri üçün bu göstərici daha da aşağıdır; Belarus üçün - 0,3%, Qazaxıstan üçün - 0,05%, Qırğızıstan üçün - 0,02%.

Nazir jurnalistlərə Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın Rusiya ilə münasibətlərə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan alternativ axtardığı barədə açıqlamasını şərh edərkən bildirib ki, Ermənistan təchizatını əvəz etmək Moskva üçün çətin olmayacaq.