BAKI, 31 iyul. TELEQRAF

Ukraynanın Rusiyanın Volqoqrad şəhərində “Wildberries” şirkətinin logistika obyektinə dron hücumu nəticəsində yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.