BAKI, 31 iyul. TELEQRAF

Azərbaycan güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşdə məğlub olub.

Teleqraf xəbər verir ki, 40 kq çəki dərəcəsində yarışan idmançı türkiyəli Şirin Askara 4-12 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

***
12:05

Azərbaycan güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, 40 kq çəki dərəcəsində yarışan idmançı təsəlliverici görüşdə monqolustanlı Azzaya Battulqanı 10:0 hesabı ilə məğlub edib.

O, bu gün axşam seansında bürünc medal uğrunda görüşdə Şirin Askara (Türkiyə) ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.