BAKI, 31 iyul. TELEQRAF

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində ölənlərin sayı 34-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Bundan əvvəl hadisə nəticəsində 9 nəfərin öldüyü bildirilmişdi.

Mədənin sahibinin sözlərinə görə, çökməyə metan qazının partlaması səbəb ola bilər. Hadisə baş verən zaman yerin altında 42 işçi olub.

Dağıntılar altında qalan şaxtaçıların xilas edilməsi istiqamətində əməliyyat davam etdirilir.