BAKI, 31 iyul. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə elektron məmnunluq sorğusu keçirilir.
Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin xidmətlərindən istifadə edən bütün şəxslər, o cümlədən vətəndaş cəmiyyəti institutları sorğuda iştirak edə bilərlər.