BEYLƏQAN, 31 iyul. TELEQRAF
Beyləqanda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Teleqraf-ın Qarabağ bürosunun TƏBİB-ə sorğusuna cavab olaraq bildirilib ki, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) 31.07.2026-cı il tarixində saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
19:48
Beyləqanda baş verən qəza zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Əliyev Şəfa Süleyman oğlu hadisə yerində ölüb.
1997-ci il təvəllüdlü Əliyev Əlizamin Şəfa oğlu, 1988-ci il təvəllüdlü Həsənov Həsın Əbilqasım oğlu və 1979-cu il Təvəllüdlü Məmmədov Zəfər Gülmirzə oğlu ağır xəsarət alıb.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.