BAKI, 30 iyul. TELEQRAF
Macarıstanın yeganə atom elektrik stansiyası Paks Dunay çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi səbəbindən fəaliyyətini tamamilə dayandıracaq.
Teleqraf xəbər verir ki, bu barədə bu barədə Macarıstanın Baş naziri Piter Magyar öz “X” hesabında məlumat verib.
"Gələn həftədən etibarən enerji böhranı yarana bilər. Daha ağır nəticələrin qarşısını almaq üçün əlaqələndirilmiş addımların atılması və hər kəsin enerjidən qənaətlə istifadə etməsi lazım olacaq", - Magyar qeyd edib.
Paks AES Macarıstanın yeganə fəaliyyətdə olan nüvə elektrik stansiyasıdır və ölkənin elektrik enerjisinin əhəmiyyətli bir hissəsini təmin edir. Onun reaktorları soyutma üçün Dunay çayından asılıdır, buna görə də çay səviyyəsinin olduqca aşağı olması stansiyanın işinə təsir göstərib.