BAKI, 30 iyul. TELEQRAF
"Telegram"ın qurucusu və baş direktoru Pavel Durov iddia edir ki, Rusiya onu platformada kütləvi nəzarət və senzura tələblərini rədd etdiyinə görə terrorçu elan edib.
Teleqraf xəbər verir ki, Durov sosialmedia hesabında Rusiyanın onu terrorçu siyahısına əlavə etməsinə münasibət bildirib.
"Rusiya qanunları internetdə məlumatların yayılmasını qadağan edir. Mən Rusiyanın "kütləvi nəzarət və senzura tələblərini" rədd etdiyim üçün terrorçu elan edilmişəm. Rusiya hakimiyyəti internetdə kimi qadağan edə biləcəkləri barədə çaşqın görünür", - deyə o bildirib.
Qeyd edək ki, Rusiya Maliyyə Monitorinq xidməti (Rosfinmonitoring) bu gün Durovu "terrorçular və ekstremistlər" siyahısına əlavə edib.