BAKI, 30 iyul. TELEQRAF
Qəzza sülh prosesində iştirak edən radikal HƏMAS hərəkatı və Fələstin fraksiyaları Sülh Şurası tərəfindən təqdim edilən razılaşmanın bütün bəndləri ilə razılaşıblar.
Teleqraf xəbər verir ki, bu barədə " Əl-Hədəs" televiziya kanalı məlumat yayıb.
"HƏMAS Qəzza planı üzrə razılaşmaların bütün məqamlar ilə bağlı razılığını ifadə edib. Razılaşma İsrail tərəfi HƏMAS tərəfindən qəbul edilmiş şərtləri təsdiqlədikdən sonra elan ediləcək. Əldə edilən razılaşmanın təfərrüatı cümə günü açıqlanacaq", - məlumatda qeyd olunur.
HƏMAS tərəfindən qəbul edilən şərtlərə, hərəkat bütün silahları zolağın idarə olunmasını təmin edən milli komitəyə təhvil veriləcək. Onların inventarlaşdırılması və saxlanması isə beynəlxalq komitə tərəfindən həyata keçiriləcək. HƏMAS həmçinin silahların təhvil verilməsinin İsrail qoşunlarının ərazidən çıxarılması qarşılığında baş tutacağını bəyan edib. Silahların təhvil verilməsi azı 14 gün ərzində mümkün olacaq.