BAKI, 30 iyul. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) ilin sonunda səlahiyyət müddəti başa çatacaq BMT Baş katibi Antonio Quterreşin varisini seçmək üçün ilk ilkin səsvermə keçirib.
Teleqraf xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) BMT-dəki daimi nümayəndəsi və hazırkı müddət üçün Təhlükəsizlik Şurasının sədri Zenon Mukongo Ngay ilkin səsvermədən sonra mətbuata açıqlama verib.
Nqay ilkin səsvermənin nəticələrinin mətbuata açıqlaya bilməyəcəyini deyib: "Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş bir qərardır. Gələn ay BMT TŞ-nin sədrliyini Danimarka öz üzərinə götürəcək".
Qeyd edək ki, hazırda 31 dekabrda istefa verəcək BMT-nin baş katibi Antonio Quterreşin yerinə yeddi namizəd mübarizə aparır.