BAKI, 30 iyul. TELEQRAF
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki ABŞ bazasına hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında qeyd olunur.
"bu səhər Küveytdə ABŞ-yə məxsus Əli əs-Səlim hava bazasındakı iki pilotsuz təyyarə anqarı, təyyarə və helikopterlər hədəf alınıb.Təchizat anbarı dağıdılıb" - açıqlamada qeyd olunur.
Küveyt tərəfi bu gün səhər ölkənin şimalındakı Çin şirkətinə məxsus binaya İrandan hücum edildiyini və bir nəfərin öldüyünü təsdiqləsə də, Əli əs-Səlim bazasına hücumla bağlı heç bir məlumat verməyib.