QAX, 30 iyul. TELEQRAF

Qax rayonunda baş verən yol qəzası zamanı ölən və yaralıların kimliyi məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, "Mercedes" markalı avtomobildə olan sərnişin, 60 yaşlı Tacəəddin Əhmədov ölüb, həmin avtomobilin sürücüsü, 44 yaşlı Xəyal Həşimov, həmçinin "Niva" markalı avtomobilib sütücüsü, 66 yaş Novruz Mənəfov, sərnişin, 52 yaşlı Zaur Abdullayev xəsarət alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

17:38

Qax-Şəki avtomobil yolunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, “Mercedes” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.