BAKI, 30 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələri İranın bir gün əvvəl Amerika hərbçilərinə qarşı raket hücumuna cəhdinə cavab olaraq həyata keçirdiyi növbəti genişmiqyaslı zərbələr seriyasını başa çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı ABŞ qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus onlarla hədəfə zərbələr endirib.
Hədəflər arasında hərbi komanda mərkəzləri, raket və pilotsuz uçuş aparatları infrastrukturu, həmçinin sahil müşahidə və müdafiə sistemləri olub.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin İranın Keşm adasında yaşayış binasına zərbə endirdiyi, dağıntılar altında iki nəfərin qala biləcəyi barədə məlumat yayılmışdı.