BAKI, 30 iyul. TELEQRAF

İlon Maska məxsus "X" sosial şəbəkəsi İranın Tasnim xəbər agentliyinin hesablarını bloklayıb.

Teleqraf xəbər verir ki, agentliyin "X" platformasındakı ingilisdilli hesabına giriş mümkün deyil. Səhifəni açmağa cəhd edərkən istifadəçiyə hesab fəaliyyətinin dayandırıldığı barədə bildiriş göstərilir.

Bildirişdə qeyd olunur: ""X" qaydaları pozan hesabların fəaliyyətini dayandırır".

Eyni məlumat "Tasnim" agentliyinin fars dilindəki "X" hesabına keçid zamanı da göstərilir.