BAKI, 30 iyul. TELEQRAF

Ukraynanın paytaxtı Kiyevdə bir neçə partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "İctimaiyyət. Xəbərlər" nəşri məlumat yayıb.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Bildirilib ki, hazırda Ukraynanın paytaxtında, eləcə də Dnepropetrovsk, Kiyev, Poltava, Sumı, Xarkov, Çerkassı və Çerniqov vilayətlərində hava həyəcanı siqnalları səslənir.