BAKI, 30 iyul. TELEQRAF

Sabirabad rayonunda sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 2005-ci il təvəllüdlü Xəlil Pənahov (ad-soyad şərti verilib – red.) sosial şəbəkədə avtoxuliqanlığı təbliğ etməsi məlum olub.

Bu paylaşımlarla əlaqədar şöbəyə dəvət edilib. Bu zaman o, sadəcə paylaşım etdiyini, təbliğatla məşğul olmadığını bildirib, şöbəyə çağırılmasına uca səslə etirazını bildirib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilib.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Pənahov 100 manat cərimə olunub.