BAKI, 30 iyul. TELEQRAF
Azərbaycandda bu ilin ilk 6 ayında 33 nəfər viruslu hepatit diaqnozu ilə qeydiyyata alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xəstəliyə yoluxma göstəricisi azalıb. Belə ki, ötən ilin eyni aylarında bu rəqəm 85 olub.
Komitənin məlumatına görə, cari ilin ilk yarısında qeydiyyata alınanların 5-nə hepatit A diaqnozu qoyulub. Hepatit B və C diaqnozları üzrə isə ayrı-ayrılıqda 14 nəfər qeydiyyata alınıb.