BAKI, 30 iyul. TELEQRAF
İspaniyanın Madrid muxtar icmasında baş verən meşə yanğınları nəticəsində təxminən 100 yaşayış evi tamamilə yanıb.
Teleqraf xəbər verir ki, bu barədə "El País" nəşri Madrid muxtar icmasının rəhbəri İzabel Dias Ayusoya istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, yanğınlar təxminən 27 min hektar ərazini əhatə edib. Hakimiyyət orqanları dəymiş zərərin həcmini qiymətləndirməyə davam edir.
Bundan əlavə, Fermoselye bələdiyyəsində başlayan yanğın səbəbindən 12 yaşayış məntəqəsinin sakinləri təxliyə olunub.
Daha əvvəl "RT" telekanalının müxbiri Fransisko Quayta güclü meşə yanğınlarından zərər çəkən İspaniya sakinlərinin təbii fəlakətə qarşı mübarizədə hakimiyyətin reaksiyasının ləng olmasından və resurs çatışmazlığından şikayət etdiyini bildirib.