BAKI, 30 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə israrla atəşkəs tələb edib.

Teleqraf xəbər verir ki, Amerika lideri Ağ Evdə jurnalistlərə verdiyi müsahibədə bildirib: "Mən ondan müharibəyə son qoymağı israrla tələb etdim".

Tram həmçinin Rusiya prezidenti Vladimir Putin və Zelenski ilə yaxşı yola getdiyi bir daha təkrarlayıb.

Tramp ötən gün Zelenski ilə görüş haqda qısa danışıb: "İstərdim ki, müharibəyə son qoysun".