BAKI, 31 iyul. TELEQRAF

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, əsas və əlavə vaxtı qolsuz bərabərliklə (0:0) yekunlaşan qarşılaşmada qalib penaltilər seriyasında müəyyənləşib.

Seriyada 5:4 hesabı ilə qalib gələn ÇSKA (Sofiya) UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.

“Qarabağ” mübarizəsini UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Ağdam təmsilçisi bu raundda Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də baş tutacaq.

***
00:39

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyununda penaltilər seriyası start götürüb.

Teleqraf xəbər verir ki, əsas və əlavə vaxtda hesab açılmadığı (0:0) üçün UEFA Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqənin sahibi penaltilər seriyasında müəyyənləşəcək.

***
00:35

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyununda əlavə vaxt başa çatıb.

Teleqraf xəbər verir ki, əlavə vaxtda da hesab açılmayıb – 0:0.

Beləliklə, UEFA Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqənin sahibi penaltilər seriyasında müəyyənləşəcək.

***
00:20

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyununda əlavə vaxtın ikinci hissəsi start götürüb.

Teleqraf xəbər verir ki, ilk əlavə hissədə hesab açılmayıb – 0:0.

***
00:15

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyununda əlavə vaxtın ilk hissəsi başa çatıb.

Teleqraf xəbər verir ki, Sofiyadakı “Vasil Levski” stadionunda baş tutan qarşılaşmada ilk 15 dəqiqə ərzində də hesab açılmayıb - 0:0.

Beləliklə, növbəti 15 dəqiqəlik əlavə hissə başlayacaq. Bu hissədə də qalib müəyyənləşməsə, növbəti mərhələyə vəsiqənin sahibi penaltilər seriyasında bəlli olacaq.

***
23:59

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyununda əlavə vaxtın ilk hissəsi start götürüb.

Teleqraf xəbər verir ki, Sofiyadakı “Vasil Levski” stadionunda baş tutan qarşılaşmanın əsas vaxtında hesab açılmayıb – 0:0.

Matçda hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılır. Əgər bu hissələrdə də qalib müəyyənləşməsə, növbəti mərhələyə yüksələcək komanda penaltilər seriyasında müəyyənləşəcək.

***
23:52

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyununda əsas vaxt başa çatıb.

Teleqraf xəbər verir ki, Sofiyadakı “Vasil Levski” stadionunda baş tutan qarşılaşmanın 90 dəqiqəsində hesab açılmayıb – 0:0.

Beləliklə, Bakıda keçirilən ilk görüş də qolsuz bərabərliklə yekunlaşdığı üçün (0:0) qalibi müəyyənləşdirmək məqsədilə əlavə vaxt oynanılacaq.

***
23:05

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyununda ikinci hissə start götürüb.

Teleqraf xəbər verir ki, Sofiyadakı “Vasil Levski” stadionunda keçirilən qarşılaşmada ilk hissə qolsuz bərabərliklə (0:0) yekunlaşıb.

Matçı Belçikadan olan Bram Van Drissche idarə edir.

***

22:49

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, Sofiyadakı “Vasil Levski” stadionunda baş tutan qarşılaşmanın ilk 45 dəqiqəsində hesab açılmayıb – 0:0.

Matçı Belçikadan olan Bram Van Drissche idarə edir.

***
22:00

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - “Qarabağ” arasında keçirilən cavab oyunu start götürüb.

Teleqraf xəbər verir ki, görüş Sofiyadakı “Vasil Levski” stadionunda keçirilir.

Matçı Belçikadan olan Bram Van Drissche idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə qalib müəyyənləşməyib. Tərəflər meydandan qolsuz bərabərliklə (0:0) ayrılıblar.