BAKI, 30 iyul. TELEQRAF

Mərakeşin Kastilyos sahillərindən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya üzməyə çalışan 800-dən çox qanunsuz miqrant saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi "EFE" məlumat yayıb.

Mərakeş hakimiyyəti İspaniya sahillərinə çata bilməyən miqrantlara kömək etmək üçün dəniz qüvvələrinin sayını artırıb.