BAKI, 20 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələri dalğasının başa çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

Açıqlamaya görə, bu, ABŞ-ın ardıcıl doqquzuncu gecə İrana endirdiyi zərbələr olub.

Məlumata əsasən, əməliyyat zamanı İranın komanda idarəetmə mərkəzləri, sahil müşahidə obyektləri, hava hücumundan müdafiə sistemləri, hərbi dəniz qüvvələrinə məxsus obyektlər, eləcə də raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi məntəqələr hədəfə alınıb.

CENTCOM əməliyyatın nəticələri və mümkün dağıntılar barədə əlavə məlumat verməyib.

***

03:33

ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti hava zərbələri seriyasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, zərbələr ABŞ-nin Şərq sahili vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 03:00) başlayıb və bu, ardıcıl doqquzuncu gecə həyata keçirilən hərbi əməliyyatlardır.

CENTCOM-un açıqlamasına görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlarda istifadə etdiyi hərbi potensialını daha da zəiflətməkdir.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında hərbi gərginlik yenidən artıb və Vaşinqton ardıcıl olaraq İran ərazisinə zərbələr endirir.