BAKI, 20 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun endirdiyi zərbələrə baxmayaraq, İranın hələ də raket və pilotsuz uçuş aparatları (PUA) ehtiyatı, eləcə də müəyyən silah istehsalı imkanları qalır.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında deyib.
“Onların müəyyən qədər raketi var. Müəyyən sayda pilotsuz uçuş aparatı var. Həmçinin bəzi istehsal güclərini də qoruyub saxlayıblar, amma bu imkanlar çox böyük deyil”, – ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, ABŞ hazırda Hörmüz boğazına nəzarət edir.
“Biz Hörmüz boğazına nəzarət edirik, onlar isə heç nəyə nəzarət etmirlər. Görək nə olacaq. Amma bu gecə onlara yenidən çox güclü zərbə endirəcəyik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ və İsrail iyulun 8-dən etibarən İrana qarşı hərbi əməliyyatları yenidən genişləndirib.