BAKI, 20 iyul. TELEQRAF

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Bəndər-Xomeyni və Bəndər-Mahşəhr şəhərlərində partlayışlar qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, hər iki şəhərdə güclü partlayış səsləri eşidilib. Hadisənin səbəbi, dağıntılar və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.