BAKI, 20 iyul. TELEQRAF

ABŞ hərbi qüvvələri İranın Təbriz şəhərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu Təbriz istiqamətində hava zərbələri həyata keçirib. Hadisə ilə bağlı hələlik hücumun nəticələri, dağıntılar və mümkün itkilər barədə rəsmi məlumat açıqlanmayıb.

Məlumatın təfərrüatlarının dəqiqləşdirildiyi bildirilir.