BAKI, 20 iyul. TELEQRAF

ABŞ hərbçiləri İranın İordaniyaya endirdiyi zərbənin baş verdiyi ərazidə naməlum insan qalıqları aşkar ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, iyulun 17-də baş vermiş İran hücumundan sonra iki ABŞ hərbçisinin həlak olduğu, daha bir hərbçinin isə itkin düşdüyü açıqlanmışdı.

Aparılan genişmiqyaslı axtarışlar zamanı hadisə yerində kimliyi hələ müəyyən edilməmiş insan qalıqları tapılıb.

CENTCOM qeyd edib ki, qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün ekspertiza prosesi davam edir.