BAKI, 18 iyul. TELEQRAF

Livan Prezidenti Cozef Aun ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Qeyd olunur ki, Ağ Evdə ikitərəfli sammit keçiriləcək və bu sammitdə Livandakı vəziyyət və atəşkəs rejiminin gücləndirilməsinin mümkün yolları, Livanda, xüsusən də ölkənin cənubunda təhlükəsizlik və sabitliyin bərpası, İsrail qoşunlarının işğal olunmuş Livan bölgələrindən çıxarılması və dövlət hakimiyyətinin bütün əraziyə yayılması müzakirə olunacaq".