BAKI, 18 iyul. TELEQRAF
Tehran məhkəməsi 2025-ci ilin yayında və 2026-cı ilin yazında iki müharibə zamanı İslam Respublikasına və onun vətəndaşlarına dəyən ziyana görə ABŞ və İsrailə qarşı ən azı 350 iddia qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə İran məhkəməsinin sözçüsü İshaq Cahangir bildirib.
O, 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibənin vurduğu ziyanı müzakirə edən mətbuat konfransında qeyd edib ki, bu günə qədər Tehran Mülki Məhkəməsinin 55-ci şöbəsi ABŞ və İsrailə qarşı 260 iş qeydə alıb. Bu işlərdə 300 mindən çox fiziki və hüquqi şəxs iştirak edir".
Cahangir 28 fevral 2026-cı ildə başlayan müharibə zamanı ABŞ və İsrailin vurduğu ziyana toxunaraq qeyd edib ki, sənədləşdirmə və məlumat toplama işləri hələ də davam edir.
"Bu günə qədər Ramazan müharibəsi ilə bağlı 90 iş açılıb və onların araşdırılması davam edir", - deyə o əlavə edib.