BAKI, 10 iyul. TELEQRAF

İsrail kəşfiyyatı ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planı ilə bağlı Vaşinqtona məlumat ötürüb.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, İran 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən olan Qasım Süleymaninin öldürülməsinə görə Donald Trampdan qisas alacağını uzun illərdir açıq şəkildə bəyan edir.

Məlumata görə, İranın keçmiş ali dini lideri Əli Xamenei ilə vida mərasimində də ABŞ prezidentinin öldürülməsinə çağırışların yer aldığı banner nümayiş etdirilib.

Donald Tramp isə Ankarada jurnalistlərin suallarını cavablandırarkən İran üçün “bir nömrəli hədəf” olduğunu bildirib.