BAKI, 25 avqust. TELEQRAF
ABŞ-nin Yaxın Şərqdə gələcəyi olmayacaq və region ölkələri öz müqəddəratlarını xarici müdaxilə olmadan müəyyənləşdirəcəklər.
Teleqraf xəbər verir ki, bunu İranın Ali liderinin hərbi müşaviri Möhsün Rzayi deyib.
Onun sözlərinə görə, ABŞ-nin bütün regionun, xüsusən də İraqın gələcəyində yeri yoxdur.
"Həmçinin regional ölkələr ABŞ-nin iştirakı olmadan öz talelərini müəyyən edəcəklər", - deyə İran rəsmisi bildirib.