BAKI, 25 avqust. TELEQRAF

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin II mərhələsinə 9.8 milyon manat xərclənəcək.

Teleqraf xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı (II mərhələ) ilə bağlı keçirdiyi tenderı yekunlaşdırıb.

Satınalma müsabiqəsinin qalibi “El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyəti seçilib.

Qeyd edək ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin I mərhələsi üzrə tenderin qalibi 2023-cü ildə "El-Seym İnşaat" Qapalı Səhmdar Cəmiyyəti olub və bu mərhələ üçün 17 milyon 328 min 200 manat dəyərində müqavilə imzalanıb.

Xəstəxana binasının təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək.